demo image

Press Reliz

Bakı Metropoliteninin “Elmlər akademiyası” stansiyası layihəsi

“Akkord Mərmər Qranit” MMC-nin uğurla həyata keçirdiyi layihələrindən biri də Bakı Metropoliteninin “Elmlər akademiyası” stansiyasının əsas vestibülünün yenidənqurmasıdır.

Azərbaycan xalqının Ümummilli lideri, dünya siyasətinin tanınmış simalarından olan Heydər Əliyevin vəfat etməsinin 12-ci ildönümü “Akkord” kollektivi tərəfindən qeyd edilib.

Hər il olduğu kimi, bu il də dahi liderin xatirəsi öncə “Akkord” kollektivinin ənənəvi toplantısında yad edilib, sonra, kollektiv üzvləri Korporasiya rəhbərliyi ilə birlikdə Fəxri Xiyabana gəliblər. Ziyarət mərasimi zamanı Ümummilli liderin abidəsi önünə əklil qoyulub, ruhuna dualar oxunub. “Akkord” rəhbərliyinin üzvləri görkəmli alim, oftalmoloq Zərifə xanım Əliyevanın məzarını da ziyarət edib, əklil və tər gül dəstələri qoyublar.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) müəllim və tələbələrinin “Akkord Mərmər Qranit”MMC-nin istehsalı ilə tanışlıq turu.

Oktyabrın 29-da Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) müəllim və tələbələrinin “Akkord Mərmər-Qranit MMC”-yə tanışlıq turu təşkil olunub. Şirkətin əməkdaşları tərəfindən UNEC nümayəndələrinə şirkətin tarixi və karyera imkanları barədə geniş məlumat verilib və şirkətin beynəlxalq sərgilərdə təmsil olunan məhsullarının kolleksiyaları nümayiş etdirilib. Daha sonra müəllim və tələbələr müasir istehsal sahələri ilə tanış olublar.

AKKORD”UN XIRDALAN METAL KONSTRUKSİYALAR ZAVODUNDA GÖRÜŞ KEÇİRİLİB

İQTİSADİYYAT VƏ SƏNAYE NAZİRİ ŞAHİN MUSTAFAYEV MÜƏSSİSƏNİN İSTEHSAL İMKANLARINI YÜKSƏK DƏYƏRLƏNDİRİB

“BakuBuild 2015”

21.10.2015-ci il tarixdə səbirsizliklə gözlənilən, MDB və Şərqi Avropanın ən böyük inşaat tədbiri olan “BakuBuild-2015” 21-ci Azərbaycan Beynəlxalq İnşaat sərgisinin açılışı baş tutdu.

Qafqaz Universitetinin müəllim və tələbələrinin “Akkord Mərmər Qranit”MMC-nin istehsalı ilə tanışlıq turu.

Qafqaz Universitetinin müəllim və tələbələrinin “Akkord Mərmər-Qranit MMC”-yə tanışlıq turu təşkil olunub. Şirkətin əməkdaşları tərəfindən şirkətin tarixi və karyera imkanları barədə geniş məlumat verilib və şirkətin beynəlxalq sərgilərdə təmsil olunan məhsullarının kolleksiyaları nümayiş etdirilib.


Copyright 2015 © Marbles. All rights reserved - Studio De-mar