demo image

Şirkət Haqqında

Müəssisəmiz Sizlərə yolkənarı bordyurlar, kub daşlar, döşəmə və üzlük üçün plitələr, pəncərəaltılar, və pilləkənlik üçün müxtəlif növ mərmər, qranit və travertindən hazırlanmış məhsulları təklif  edir.

“Akkord Mərmər Qranit” MMC 2010-cu ildən “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin tərkibində, 2014 cü ilin oktyabr ayından isə müstəqil olaraq fəaliyyətdədir.

Müəssisə İtaliya, İspaniya, Brazilya, Norveç, Rusiya,Türkiyə,İran,Çin,Hindistan və başqa ölkələrdən gətirilmiş mərmər, qranit, və travertin daşlarından hazırlanmış hər növ və ölçüdə məhsulları Sizlərə təqdim edir.

Müəssisədə yerli xammal kimi aqlay daşından hazırlanan fiqurlar və  Daşkəsən mərməri istehsal olunur.

Müəssisə Avropanın qabaqcıl texnologiyaları ilə təchiz olunmuşdur və sifarişlər əsasında dünyanın hər bir nöqtəsindən  gətirilən təbii daşları istehsal etmək gücünə malikdir.

Zavodda emal edilən məhsullar təkcə yerli bazar və şirkətin öz tələbatı üçün deyil, eyni zamanda ixrac üçün də nəzərdə tutulub.

Müəssisə müasir avadanlıqlarla təchiz olunmuş və geniş istehsal imkanlarına malik 18 min kv.metr qapalı sahəyə, ümumilikdə isə 80 min kv.metr sahəyə malikdir.

Ən son dünya standartlarına cavab verən İtaliya və Türkiyədən gətirilmiş avadanlıqlarla təchiz edilmiş müəssisədə mərmər, travertin və aqlay bloklarının kəsilməsi, cilalanması, bölünməsi və yandırılması (qranit listlərin) qabaqcıl texnologiyalar əsasında  həyata keçirilməkdədir.

Hal-hazırda müştərilərə seçim imkanı üçün 60 növdə mərmər, 40 növdə qranit, 6 növdə trevertin və aqlay təklif edilir.

Müştərilərimizin rahatlığı üçün 2 sərgi salonu onların ixtiyarına verilib.

Müəssisə peşəkar xidməti, keyfiyyətli və standartın hər bir tələbinə cavab verən məhsulları ilə bu sektorda olan bütün rəqiblərindən seçilməyi bacarıb.

Hal –hazırda  müəssənin aylıq istehsal gücü 60000 m 2 la, illik istehsal gücü isə yetərincə böyük layihələrin  qısa zaman aralığında başa çatdırılmasına imkan verir.

2010-cu ildən aparıcı Satış Mərkəzi olaraq zavod ərazisində sahəsi 860 m2 olan 3 mərtəbəli Sərgi salonu inşa edilib müştərilərin ixtiyarına verilmişdir.2015 –ci ilin əvvəlində İİ Sərgi salonumuz və satış mərkəzimiz (Bakı ş., Xətai pros.35, Ceramic City)yeni ünvanda müştəriərin ixtiyarına verildi.

Biz şirkətimizin nüfuzunu yüksək qiymətləndiririk və Sizinlə uzunmüddətli əməkdaşlıq etmək niyyətindəyik.

Biz şirkətimizin nüfuzunu yüksək qiymətləndiririk və Sizinlə uzunmüddətli əməkdaşlıq etmək niyyətindəyik, buna görə də alınan məhsulların keyfiyyətinə və qiymətinə ciddi yanaşırıq.Ən böyük tikinti şirkətləri  və fiziki şəxslər bizimlə əməkdaşlıq etdikdən sonra yenidən bizə müraciət edirlər. Bu Akkord Mərmər Qranit MMC-nin bütün əməkdaşlarının yüksək peşəkarlığının və keyfiyyətli işinin əsas göstəricisidir.

Bizim məhsullarımız bir çox layihələrin tikintisində istifadə edilmişdir.:  “Ağ şəhər” “Qələbə Meydanı Tunel Tipli Yol Qovşağı Layihəsi”(4 ədəd piyada keçidi), “Avesta Concern” “Park AZURE” “Akkord Xirdalan Metal Konstruksiya” “Kristal Abşeron” MTK, “SMTS” MMC

Şirkətimizin əsas prinsipi –hər bir müştəriyə individual yanaşma və xidmətlərimizdə yüksək məsuliyyətdir.

Biz , məhsulların çeşidinin yenilənməsi və müştəri xidmətinin təkmilləşdirilməsi istiqamətində daima çalışırıq.Hər bir müştəriyə fərdi yanaşır və onlarla qarışılıqlı əməkdaşlıq etmək üçün optimal şərait yaratmağa və qarşılamağa hazırıq.

“Hər bir sifarişə yüksək məsuliyyət” –bu, şərt rəqabətə malik mərmər-qranit sektorunda öz məhsulları ilə bizim etibarımızı əldə edən “Akkord Mərmər Qranit” MMC-nin əsas iş prinsipidir.

Copyright 2015 © Marbles. All rights reserved - Studio De-mar