demo image

Haqqımızda

Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurla həyata keçirilməsi və qeyri-neft sektorunun inkişaf etdirilməsi sayəsində ölkədə bir sıra yeni istehsal obyektləri fəaliyyətə başlamışdır. Məhz bu dövrdə “Akkord Tikinti İnvestisiya Korporasiyası” Qaradağ rayonu ərazisində Mərmər Qranit zavodunun əsasını qoymağa müvəffəq olmuşdur. Yalnız respublikanın deyil, bütövlükdə regionun mərmər və qranit emalı üzrə ən böyük müəssisəsi sayılan Akkord Mərmər Qranit zavodunun 2010-cu ildə həyata keçirilən rəsmi açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak etmişdir.

Mərmər Qranit zavodu yalnız Azərbaycanın deyil, bütövlükdə regionun mərmər və qranit emalı üzrə ən böyük müəssisəsidir.

Zavodda ən müasir dəzgahlardan istifadə olunur. Kompüterlərin köməkliyi ilə idarə olunan avadanlıqlarda yüksək keyfiyyətli məhsullar istehsal olunur. Müəssisənin təchiz edildiyi dəzgahlar Türkiyə və İtaliyada istehsal edilmişdir.

Keyfiyyət Siyasətimiz

Biz keyfiyyətə böyük diqqət yetirir və keyfiyyətin aşağıdakı prinsiplərini qəbul edirik:

  • Keyfiyyətin idarə edilməsi
  • Peşəkar işçi heyyəti
  • Keyfiyyətli xamal
  • Keyfiyyətli iş və xidmətdə yeniliklər
Copyright 2015 © Marbles. All rights reserved - Studio De-mar